UEFA Avropa Liqası: “Qarabağ” komandası səfərdə “Vorskla” ilə qarşılaşacaq

92

Noyabrın 8-də Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Poltavada Ukraynanın “Vorskla” komandası ilə qarşılaşacaq.

NUHÇIXAN xəbər verir ki, Aleksey Butovski adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Görüş “CBC Sport” kanalında birbaşa yayımlanacaq.

Matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şörer olacaq. Bekim Zoqay və Ştefan De Almeyda isə yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Qrupun digər görüşündə “Arsenal” doğma meydanda Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.

Üç turdan sonra E qrupuna 9 xalla “Arsenal” liderlik edir. “Sportinq”in 6, “Vorskla”nın 3 xalı var. Ağdam təmsilçisi qrupda keçirdiyi hər üç görüşdə uduzub.

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: