UEFA Çempionlar Liqası: Lorenso İnsinya son dəqiqələrdə “Napoli”ni məğlubiyyətdən xilas edib

66

Noyabrın 6-da UEFA Çempionlar Liqasının 4-cü turunun növbəti oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun mərkəzi qarşılaşması İtaliyada oynanılıb. “Napoli” doğma meydanda PSG klubunu qəbul edib. Fransızlar birinci hissəsinin sonuncu dəqiqəsində Juan Bernatin sayəsində hesabda önə keçsə də, qarşılaşmanın 63-cü dəqiqəsində qapılarında qol görüblər. Lorenso İnsinya fərqlənib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

C qrupunun digər oyununda sensasiya qeydə alınıb. Turnirin son finalçısı “Liverpul” səfərdə “Crevena Zvezda”nın qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər maraq doğuran oyunu “İnter” və “Barselona” klubları arasında baş tutub. Bu oyunda hesab 83-cü dəqiqədə açılıb. Meydançaya yenicə daxil olmuş Malkom fərdi ustalığı sayəsində iki müdafiəçini geridə qoyaraq qapıya dəqiq zərbə vurub. Vurulan qoldan sonra irəli atılan meydan sahibləri matçın 88-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Mauro İkardi adını tabloya yazdırıb.

A, B, C, D qruplarında aşağıdakı nəticələr qeydə alınıb:

A qrupu

“Atletiko Madrid” (İspaniya) -“Borussiya Dortmund” (Almaniya) -2:0

“Monako”-“Brügge” – 0:4

B qrupu

“Tottenhem” (İngiltərə) – PSV (Nideland) – 2:1

“İnter” (İtaliya) – “Barselona” (İspaniya) – 1:1

C qrupu

“Crevena Zvezda” (Serbiya) – “Liverpul” (İngiltərə) – 2:0

“Napoli” (İtaliya) – PSG (Fransa) – 1:1

D qrupu

“Porto” (Portuqaliya) – “Lokomotiv” (Rusiya) – 4:1

“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə) – 2:0.

Qeyd edək ki, dördüncü tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: