Ukrayna KİV-ləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı təxribatı barədə yazır

129

Ukraynanın kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı təxribatı barədə məlumatlar yayıb.

NUHÇIXAN xəbər verir ki, rbc.ua, 112.ua saytlarında yayılan məlumatlarda Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində mülki əhalini atəşə tutduğu bildirilir.

Məlumatlarda deyilir: “Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: