Ümummilli liderin xatirəsi xarici tələbələrlə birgə yad edilib 

95

Naxçıvan Dövlət Universiteti Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki,  universitetin İncəsənət fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən həmişə bizimləsən” adlı tədbir keçirilib. Xarici tələbələrlə iş üzrə dekanlığın hazırladığı tədbirdə hazırlıq kursunun əcnəbi tələbələri iştirak ediblər. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra xarici  tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. 

Tədbir xarici tələbələrin çıxışları, ümummilli liderə həsr etdikləri bədii kompozisiya ilə davam edib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: