“Xəbərlər” jurnalının üçüncü nömrəsi ictimai və humanitar elmlər seriyasına həsr olunub

152

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti – üçüncü nömrəsi çapdan çıxıb.

AMEA-dan NUHÇIXAN-a bildiriblər ki, jurnalın bu nömrəsi ictimai və humanitar elmlər seriyasına həsr olunub.

Yeni nömrədə AMEA-nın Naxçıvan Bölməsi, Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər elm və təhsil müəssisələrində çalışan əməkdaşların müxtəlif mövzularda apardıqları tədqiqatların nəticələri işıqlandırılıb.

Elmi nəşrin “Tarix”, “Arxeologiya və etnoqrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “İncəsənət” və “İqtisadiyyat” bölmələrində “Müsəlman Şərqində ilk parlamentli respublika”, “Azərbaycan Xalq Cümhuriyyəti illərində Naxçıvanda siyasi vəziyyət”, “General Maqsud Əlixanovun tərcümeyi-halının az məlum olan səhifələri”, “Naxçıvanda neolit, eneolit və tunc dövrü abidələrinin tədqiqi”, “Məmməd Səid Ordubadi və Üzeyir Hacıbəylinin yaradıcılıq əlaqələri” və digər məqalələr yer alıb.

Jurnalın “Biblioqrafiya” bölməsində akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası haqqında tarixçi alim, professor Camal Mustafayevin “Naxçıvan tarixinin öyrənilməsində daha bir uğurlu addım” məqaləsi dərc olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: