“Xəmsə” Milli İntellektual Oyununun muxtar respublika birinciliyi keçirilib

176

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,  Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə “12 avqust–Beynəlxalq Gənclər Günü” ilə əlaqədar gənclər arasında “Xəmsə” Milli İntellektual Oyununun muxtar respublika birinciliyinə yekun vurulub. İntellektual oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Oyun 4 seçmə, 2 yarımfinal və final mərhələlərindən ibarət olub.  Oyunda 15 komanda iştirak edib. Yarımfinal mərhələlərində ən yüksək xal yığaraq birinci və ikinci yerə layiq görülmüş komandalar finala vəsiqə qazanıblar. “Batabat”, “Turan”, “Uğur” və “Dübəndi” komandaları finalda mübarizə aparıblar. Sonda “Turan” komandası I , “Batabat” komandası II , “Uğur” komandası isə III yerə layiq görülüblər. Qalib komandalar diplom (plaket) və “Oxunması zəruri olan kitablar”la təltif ediliblər.

Qeyd edək ki, “Xəmsə” Milli İntellektual Oyunu Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: