“Xiaomi” ən ucuz noutbuk təqdim edib

128

“Xiaomi” şirkəti “Mi Notebook” modelinin 15,6 düym diaqonallı yeni noutbukunu təqdim edib.

NUHÇIXAN-ın məlumatına görə, noyabrın 11-dən satışa çıxarılacaq noutbukun qiyməti 3399 yuan (təxminən 834 manat) təşkil edəcək.

Bildirilir ki, noutbuk 16,6 dioqanallılar arasında ən ucuzu olacaq. “Mi Notebook”un prosessoru 8-ci nəsil “Intel Core i3”, operativ yaddaşı 4 giqabayt (32 giqabayta qədər artırma imkanı ilə). Sərt diskin həcmi 128 giqabayt olacaq.

Noutbukun korpusunun tam olaraq metaldan olmasına baxmayaraq, “Mi Notebook” yüngül və istifadədə rahat olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: