Yaponiya poçtu ilk dəfə korrespondensiyaları dronlar vasitəsilə çatdırmağa başlayıb

70

Yaponiya poçtu ilk dəfə iki şöbəsi arasında korrespondensiyaları tam muxtar rejimdə uçan dronlar vasitəsilə çatdırmağa başlayıb.

NUHÇIXAN xəbər verir ki, bu ölkə ərazisində həyata keçirilən ilk bu tip əməliyyat hesab edilir.

Dronlar vasitəsilə daşınma noyabrın 7-də Fukuşima prefekturasının Minamişoma şəhərindən başlanıb.

Pilotsuz uçan aparat iki kiloqramlıq yük ilə qonşuluqda yerləşən Namie şəhərinə doğru hərəkət edib. Onun tam orta məktəbin şagirdləri tərəfindən çəkilmiş dron şəkillərini və konditer məhsulunu daşıdığı bildirilir.

Dron 9 kilometrlik məsafəni qət edərək, Namiedə yerləşən poçt məntəqəsinə cəmi 15 dəqiqəyə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: