Yeni “Lenovo ThinkPad P52” noutbuku təqdim olunub

69

“Lenovo” şirkəti yeni “ThinkPad P52” noutbukunu təqdim edib. Bu, hazırda şirkətin 15,6 düymlük ən güclü noutbuku adına namizəd mobil işçi stansiya sinfinə aid modeldir.

NUHÇIXAN xəbər verir ki, 4K Ultra HD (3840 x 2160 piksel) təsvir ölçülü 15,6 düym diaqonallı ekranla təchiz edilən “Lenovo ThinkPad P52” noutbuku səkkizinci nəsil altınüvəli “Intel Xeon” prosessorlarını, “NVIDIA Quadro P3200” qrafik sürətləndiricisini, 128 giqabaytlıq operativ yaddaşı və 6 terabaytlıq quraşdırılmış yaddaşı dəstəkləyir.

Çəkisi 2,44 kq təşkil edən yeni qurğu rəqəmli bloka malik klaviatura, işıqlandırıcı və suyadavamlı mühafizə, barmaq izi skaneri və istifadəçinin identifikasiyası üçün “Windows Hello” infraqırmızı kamera ilə təchiz edilib.

Qurğuda, həmçinin iki “Thunderbolt 3” portu, “HDMI 2.0” və “mini DisplayPort 1.4”, qulaqcıq üçün 3,5 millimetrlik çıxış, “Ethernet”, SD kart oxuyucusu və üç “USB 3.1 Type-A” portu nəzərdə tutulub. Bundan əlavə, “Wi-Fi” (802.11ac), “Bluetooth 5.0” və “4G LTE” modulları dəstəklənir.

Satışına bu ay ərzində başlanacaq “ThinkPad P52” noutbukunun tövsiyə edilən qiyməti barədə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: