Yeniyetmə cüdoçumuz Avropa çempionatının ikinci günündə bürünc medal qazanıb

97

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir.

NUHÇIXAN xəbər verir ki, çempionatın ikinci günündə – sentyabrın 14-də Azərbaycan millisi 1 medal qazanıb.

Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Murad Fətiyev çempionatın bürünc medalına sahib olub.

Turnirin ilk günündə Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, sentyabrın 16-dək davam edəcək çempionatda 42 ölkədən 400-dən çox cüdoçu birincilik uğrunda mübarizə aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: