Yuxarı Əylis kəndində tədbir keçirilib

74

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın  və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Ordubad rayonunun Yuxarı Əylis kəndində “Reproduktiv sağlamlıq və ailə  dəyərləri” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə qeyd olunub ki, aparılan təhlillərə görə Ordubad rayonu üzrə 17837 uşaq var. Bunların da 161-i sağlamlıq imkanları məhdud uşaqlardır. Göstərilən rəqəm  ümumi uşaqların 0,90 faizini  təşkil edir. Muxtar  respublika üzrə  1937 sağlamlıq imkanları məhdud uşaq var ki, bu uşaqların da 8,31 faizi Ordubad rayonunun payına düşür. Sağlamlıq  imkanları məhdud 161 uşaqdan 109-u anadangəlmə, 52-i isə sonradan qazanılma  sağlamlıq imkanları məhdud uşaqlardır. Bu uşaqlardan 64 nəfəri qız, 97  nəfəri isə oğlandır.
Ordubad rayonunun Yuxarı Əylis kəndi üzrə 2 sağlamlıq imkanları məhdud  uşaq vardır ki, bu uşaqların 1-i anadangəlmə, 1-i isə sonradan qazanılma  sağlamlıq imkanı məhdud uşaqdır. 1 anadangəlmə sağlamlıq imkanı məhdud   uşaqda  sinir sisteminin xəstəlikləri, sonradan qazanılma sağlamlıq imkanı  məhdud uşaqda isə qan dövranı sistemi xəstəliyi aşkar edilib.

Bütün bunlar onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən lazımi həkim müayinəsindən keçməli və sonrakı dövrdə də qadınların reproduktiv
sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.

Tədbirdə qadınların sağlamlıqlarının  qorunması yolları, reproduktiv sağlamlıq , həmçinin Ordubad rayonu üzrə  doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin – sinir  sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar (inkişaf qüsurları),  deformasiyalar və xromosom pozğunluqları, gözün və gözün əlavə aparatının  xəstəlikləri, psixi pozğunluqlar və davranış pozğunluqlarının yaranması  səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumatlar da verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: