Yuxarı Lars sərhəd-keçid məntəqəsi 1 aya yaxın bağlı qalacaq

113

Ermənistanın yeganə quru yolu olan Yuxarı Lars sərhəd-keçid məntəqəsinin 10 gündən çoxdur bağlı qalması iqtisadi iflası dərinləşdirir. NUHÇIXAN xəbər verir ki, rəsmi qurumlar yaxın 1 ayda yolun açılmayacağını bildirirlər. Eskpertlər hesab edirlər ki, bu da yükdaşıma şirkətlərinə ciddi ziyan vuracaq.

“Yuxarı Lars sərhəd-keçid məntəqəsi yaxın 1 ayda da açılmayacaq”. Bu barədə Ermənistanın nəqliyyat və yüksək texnologiyalar nazirliyinin mətbuat xidməti məlumat yayıb. Rəsmi açıqlama yükdaşıma ilə məşğul olan şirkətlərdə ciddi narahatlıq yaradıb. Onlar bu müddətdə xeyli vəsait itirəcəklərini bildirirlər. İqtisadçılar da hesab edirlər ki, “Yuxarı Lars sərhəd-keçid məntəqəsinin belə uzun müddətdə bağlı qalması yükdaşıma şirkətləri üçün təhlükəli vəziyyətdir. Hökumət uzun illərdir bu problemi həll edə bilmir. Eyni hal Yuxarı Lars sərhəd-keçid məntəqəsində mütəmadi təkrarlanır. Ona görə də əksər şirkətlər Ermənistana yük gətirməkdən imtina edirlər. Ötən ilin avqustunda da Yuxarı Lars sərhəd-keçid məntəqəsi 1 aya yaxın bağlı qalıb. Bu, Ermənistan iqtisadiyyatına 27 milyon dollar zərər vurub. Nəqliyyat və yüksək texnologiyalar nazirliyindən bildirilir ki, dövlətin problemi aradan qaldırması üçün maddi və texniki baxımdan gücü yoxdur. Hətta məntəqədə nəzarət nöqtələrinin sayının 18-ə çatdırılması da vəziyyəti dəyişməyib. Nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Armen Pambuxçiyan sözlərinə görə, problemin kökü düşünüldüyündən də dərindir. Eyni tıxac Yuxarı Larsın Gürcüstan və Rusiya tərəfində də hökm sürür. 9-10 kilometrlik avtomobil karvanı yaranıb. Onlardan 200-ə yaxını ağırtonnajlı yük maşınıdır. Ölkənin bugünkü iqtisadi vəziyyətini ekspert Vazgen Xaçaturyan belə şərh edir. “Ermənilərin qara günü başlayıb. Ölkə isə idarəsiz və yelkənsiz qayıqda üzür”. Onun sözlərinə görə, əvvəlki hakimiyyət 6,5 milyard dollardan çox borc qoyub. Onların qarşısını almaq üçün isə heç bir mənbə yoxdur. Dövlət borcu məsələsi bu gün yeni hökumətin qarşısında dayanan ən vacib məsələlərdən biridir. Bir ildən sonra 800 milyon dollardan çox pul ödəmək lazımdır. Hakimiyyət isə bəzi vacib layihələri dayandırmağa məcburdur. Pulu ödəmək üçün yeni mənbəni haradan tapamaq olar? Bu sualın cavabını isə iqtisadçı özü də bilmir. Ermənistana yeni kredit ayrılmayacaq. Beynəlxlaq reytinq agentliyinin hesablamaları bu proqnozu əsas götürən sərmayəçilərin ölkəyə cəlb olunmasına da mənfi təsir edib. Xaçanturyan hər şeyin günahını köhnə rejimdə görür. Məhz onların ucbatından bu gün ölkə borc içərisindədir. Bütün bunların başlanğıcı isə Qarabağ münaqişəsidir. İndi həbsdə olan Robert Koçaryanın, onun cinəyət əlbiri Serj Sarkisyanın ölkə rəhbərliyinə hansı yollarla gəldiyi hər kəsə məlumdur. Bu quldur dəstəsi hakimiyyətdə olduğu müddətdə ətraflarında böyük çevrə yaradıb, onu möhkəmləndirməyə vaxt sərf edib. İqtisadiyyat isə tamamilə yaddan çıxıb və iflasa uğrayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: