Blinken və Paşinyan Ermənistanın Azərbaycanla delimitasiyasını müzakirə ediblər

A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bu barədə NUHÇIXAN Ermənistan mətbuatına istinadən xəbər verir.

Danışıq zamanı Tavuş vilayətində delimitasiya və Azərbaycanla danışıqlar müzakirə edilib.

Tərəflər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsini də müzakirə ediblər.

Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib. Bununla birlikdə, qaldırılan problemlərin həlli üçün mümkün olan hər şeyin olunacağına əmin edib.

Danışıq zamanı bildirilib ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin delimitasiyası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: