Naxçıvan Muxtar Respublikasında “Şəhidlər Xatirə Kompleksi”nin əbədiləşdirilməsi üçün Memarlıq Müsabiqəsinə start verildi
Ümumi müddəalar
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihə-Smeta Qrupu Şəhidlər Abidəsinin tikilməsi üçün Memarlıq Müsabiqəsinin başlanmasını elan edir.
Məqsəd və vəzifələr
Müsabiqənin əsas məqsədi – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilməsidir.
Müsabiqə nominasiyası
A – “Memarlıq sahəsində həyata keçirilmiş ən yaxşı layihə”.
Müsabiqənin şərtləri
Müsabiqədə, memarlıq fəaliyyəti ilə məşğul olmaq üçün memarlar iştirak edə bilərlər. Hər bir iştirakçı nominasiya üzrə yalnız bir layihə təqdim edə bilər. İştirak pulsuzdur.
Müsabiqəyə təqdim olunan materiallar
Müsabiqədə iştirak üçün aşağıdakılar təqdim olunmalıdır:
- müsabiqə iştirakçısı tərəfindən çap hərfləri ilə doldurulmuş Qeydiyyat Forması
- müəllif və yaxud müəllif qrupu haqda məlumat (müəlliflərin soyadı, adı, atasının adı, telefon nömrələri, faktiki ünvanları, şəxsiyyət vəsiqəsinin surəti, memarlıq təhsilini təsdiq edən sənədin surəti;
- təqdim olunan obyektin planı, fasadı, fotoşəkili; qrafik materialı 80×100 sm ölçülü planşetdə, şaquli vəziyyətdə tərtib edilərək, PDF formatda elektron variantda qəbul edilir.
- təqdim olunan bütün layihənin yuxarı sağ küncündə identifikasiya kodu (nominasiyanın adına uyğun hərf və 6 rəqəmdən ibarət kod. Məsələn, А 123456) göstərilir.
- layihə PDF formatda, eləcə də iştirak üçün tələb olunan digər materiallar [email protected] elektron ünvanına göndərilməlidir.
Sual-Cavab
Müsabiqə proseduru ilə bağlı suallar aşağıdakı ünvana göndərilə bilər: [email protected]. Sualların cavabları iştirakçılara müsabiqənin Təşkilat Komitəsi tərəfindən elektron poçt vasitəsilə çatdırılacaqdır.
Müsabiqənin işçi dilləri
Müsabiqə azərbaycan, rus və ingilis dillərində keçirilir.
Mükafatlar
Mükafat fondu təşkilatçılar tərəfindən 6000 AZN məbləğində müəyyən edilmişdir.
Nominasiya üzrə Mükafat fondu aşağıdakı kimi bölüşdürülür:
Birinci mükafat 3000 AZN;
İkinci mükafat 2000 AZN;
Üçüncü mükafat 1000 AZN.
Müsabiqənin keçirilmə müddəti
Müsabiqə barədə elan: 12 iyun 2023-cü il
Sual verilməsi üçün son tarix: 24 iyun 2023-cü il
Materialların qəbul olunması üçün son tarix: 01 iyul 2023-cü il
Müsabiqənin nəticəsi üzrə qalib olan layihəçilər barədə müvafiq məlumatlar açıqlanacaq.