“X” sosial şəbəkəsi “YouTube”un analoqunu yaradır

A- A A+

Milyarder İlon Maska məxsus “X” sosial şəbəkəsi “YouTube” ilə rəqabət aparmaq üçün Amazon və Samsung Smart TV-lər üçün proqram təqdim edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Fortune” jurnalı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlara quraşdırılmış YouTube tətbiqi ilə eyni olacaq.

Mənbə bildirib ki, Mask “YouTube” ilə rəqabət aparmaqda qərarlıdır.

Beləliklə, amerikalı milyarder “X” istifadəçilərini “böyük ekranda uzun videolara” baxmağa inandırmaq və reklam verənləri sosial şəbəkəyə cəlb etmək istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: