Dövlət Departamenti: Ermənistan ordusunda qeyri-döyüş, dinc şəraitdə baş verən ölüm hallarının sayı artıb

A- A A+

Ermənistan ordusunda qeyri-döyüş şəraitində, dinc şəraitdə ölüm hallarının sayı artıb.

NUHÇIXAN “Joqovurd” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun dərc etdiyi hesabatda yazılıb.

Qeyd olunub ki, bu rəqəm 2022-ci ildə 38, 2023-cü ildə 53 olub. 2024-cü ilin ilk beş ayında isə qurbanların sayı 30-u ötüb.

Məlumata görə, bu hallar hərbçilərin fövqəladə hallarda, məsələn, çovğun, avtomobil, silahdaşı tərəfindən güllələnməsi nəticəsində olub.

“Ölüm halları hər il artır, azalmır. Görünür, Müdafiə Nazirliyi bu rəqəmləri azaltmaq üçün heç bir addım atmır”, - hesabatda yazılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: