"Çelsi"nin yarımmüdafiəçisi Premyer Liqanın cari mövsümünün ən yaxşı gənc oyunçusu seçilib

A- A A+

"Çelsi" klubunun yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.

NUHÇIXAN-ın "Daily Mail"ə istinadən məlumatına görə, 22 yaşlı oyunçu 33 matçda 22 qol vurub və 10 məhsuldar ötürmə edib.

K.Palmer ötən yay "Mançester Siti"dən 47 milyon avroya "Çelsi"yə keçib.

Qeyd edək ki, Premyer Liqada mövsümün ən yaxşı gənc oyunçusu mükafatına həmçinin Filip Foden, Erlinq Holann (hər ikisi "Mançester Siti"), Aleksander İsak ("Nyukasl"), Kobbi Maynu ("Mançester Yunayted"), Bukayo Saka, Vilyam Saliba (hər ikisi "Arsenal") və Destini Udodci ("Tottenhem") namizəd idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: