Naxçıvanda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul ilə bağlı müsabiqə elan edilib

A- A A+

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul ilə bağlı müsabiqə elan edilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:

•    Onlayn qeydiyyat
•    Test imtahanı
•    Müsahibə

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı 2 iyun 2024-cü il tarixində keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin saytında 22 may saat 18:00-dək aparılacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. Müəllimlərin müsabiqəsində ödəniş məbləği 80 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada)istifadə etmək olar.

Şəxsi kabinet yaradıldıqdan sonra imtahanda iştirak etmək üçün DİM-in saytında  “Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

İşə qəbul qaydaları və vakant yerlərə dim.gov.az və nculture.gov.az saytlarına daxil olaraq tanış ola bilərsiniz.

Namizədlər, həmçinin aşağıda verilən keçidə daxil olmaqla işə qəbul ilə bağlı ümumi məlumat, test imtahanı proqramları ilə ətraflı tanış ola bilərlər:

https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: