HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

A- A A+

Qala qəsəbəsində yerləşən 216 nömrəli tam orta məktəbdə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və onların ailə üzvləri üçün vətənpərvərlik ruhunda tədbir təşkil olunub.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Vətən müharibəsində Hərbi Hava Qüvvələrinin müstəsna rolundan bəhs edən sənədli film nümayiş etdirilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin və məktəblilərin vətənpərvərlik mövzusunda təqdim etdikləri musiqi nömrələri böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirdə "Əsgərə məktub" layihəsi və müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan şagirdlərə mükafatlar təqdim olunub.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: