Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR

A- A A+

Mayın 8-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ümummilli Liderin məzarını ziyarət edib.

NUHÇIXAN xəbər verir ki, daimi nümayəndəliyin kollektivi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə güllər qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: