Ermənistanda internet fırıldaqçıları vətəndaşlardan 260 min dollardan çox pul oğurlayıb

A- A A+

Ermənistanda internet fırıldaqçıları vətəndaşlardan 102 milyon dram (260 min ABŞ dollarından çox vəsait) oğurlayıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

İstintaq müəyyən edib ki, həbsdə olan və cinayət işində iştirak etmiş 36 yaşlı Tavuş sakini 38 yaşlı İrəvan sakini ilə birgə internet vasitəsilə külli miqdarda vəsait oğurlayıb.

O cümlədəm 2020-ci ildə həmin şəxs sosial şəbəkədə müxtəlif profillər yaradıb, digər istifadəçilərə “IDram” elektron pul kisələrinin qeydiyyata alınmasında “kömək” təklif edib. O, “bonuslar” təklif etməklə istifadəçiləri qeydiyyatdan keçərkən parolları ona verməyə inandırıb. Bundan sonra o, bank və kredit təşkilatlarından şəbəkə istifadəçilərinin adına onlayn kreditlər rəsmiləşdirib və vəsaitləri mənimsəyib.

Ümumilikdə 152 oğurluq hadisəsi müəyyən edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: