Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır

A- A A+

Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.

Onun sözlərinə görə, regionda sabitliyə nail olunmalıdır.

Ərdoğan Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.

O, birtərəfli və qərəzli kənar müdaxilələrin regionun geosiyasi qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq üçün Türkiyə ilə Azərbaycanın sıx əməkdaşlığını davam etdirəcəyini, Türkiyənin Azərbaycana dəstəyinin hər sahədə davam edəcəyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: