Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində könüllü qanvermə aksiyası keçirilib.
NUHÇIXAN xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə reallaşan aksiyada rayon sakinləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Aksiyaya qoşulanlar əvvəlcə müayinədən keçirilib, sonra hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib və qanın verilməsinə başlanılıb. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.