Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib

A- A A+

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

NUHÇIXAN bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən Tofiq Həsənov onlayn qaydada qatılıb.

Məhkəmədə şahidlərin ifadələri dinlənilib. Onlar ifadələrində Penitensiar Xidmətdə kiçik rəis və zabit vəzifələrinə düzəlmək üçün Penitensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə pul verdiklərini bildiriblər. Qoşqar Əliyev öz növbəsində pulları vətəndaşlardan aldığını və bunu Tofiq Həsənova verdiyini deyib.

Növbəti məhkəmə prosesi fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: