Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib - DOSYE

A- A A+
Bu gün İTV-nin Yayım Şurasının iclasında Cəmil Quliyevin İTV-nin baş direktoru səlahiyyətlərinə xitam verilib, onun yerinə Balakişi Qasımov yeni baş direktor seçilib.
NUHÇIXAN İTV-nin yeni baş direktorunun dosyesini təqdim edir:
Balakişi Ələkbər oğlu Qasımov 1978-ci il oktyabrın 20-də anadan olub, 40 yaşı var.

"Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

Bakıda 1 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə məzunudur.

B. Qasımov 2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə "Kim? Harda? Nə vaxt?" oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu seçilib. "Kim? Harda? Nə vaxt?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub. B. QAsımov Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosiasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib.

O, 2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" mükafatlarına layiq görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: