Muxtar respublikada əhaliyə yüksək tibbi xidmət göstərilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində “Ana və yenidoğulmuşlara göstərilən anestezioloji-reanimatoloji yardım üzrə” üçgünlük seminar-treninq keçirilir.

Seminarda vurğulanıb ki, muxtar respublikada tibbin anesteziologiya və reanimatologiya sahəsi beynəlxalq standartlar və normativlər səviyyəsində fəaliyyət göstərir.

Hamiləlik  və ondan sonrakı dövrdə xəstəliklərin vaxtında aşkar edilməsi,  müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət daha da gücləndirilib. Nəticədə Naxçıvanda ana və uşaq ölümü minimuma endirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimotoloqu  Aydın Qədirov  anestezioloq-reanimatoloqların  ana və uşaq ölümünün azadılması istiqamətində görəcəkləri işlər barədə  təlim keçib. Təlim zamanı yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların, təcili və təxirəsalınmaz halların profilaktikası, eyni zamanda erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatların təcrübədə tətbiqi barədə ətraflı məlumat verilib.

Muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən anestezioloq-reanimotoloqların iştirak etdikləri tədbirdə Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova müasir informasiya və təhsil texnologiyalarına əsaslanan belə treninqlərin səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm əhəmiyyəti olduğunu vurğulayıb .

                                               Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: