Naxçıvanda gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut salınıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində monitorinqlər keçirilib. Aparılmış təhlillər nəticəsində Türkiyə Respublikası ilə sərhədin Sədərək-Dilucu arasındakı hissəsində vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, vətəndaşların rahatlığının təmin olunması məqsədilə yanvar ayının 30-dan etibarən sözügedən ərazidə yeni marşrut təşkil edilib.

İstifadəyə verilmiş marşrut gün ərzində hər iki istiqamətdə qısa intervallarla sərnişinlərə xidmət edəcəkdir.

Xatırladaq ki, sərnişinlər Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında olan 2 km məsafəni piyada getmək məcburiyyətində qalırdılar. Bu istiqamətdə yeni marşrutun salınması sərnişinlərin rahatlığının təmin edilməsi ilə yanaşı, həmçinin ictimai nəqliyyatla sürətli gediş-gəlişinə də şərait yaradacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: