NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində Vergilər Nazirliyinin təşkil etdiyi “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 10-cu tirajı keçirilib. Tədbirdə bu ilin iyul ayının birindən dekabrın 1-dək daha çox nağdsız ödənişlər edən 335 nəfər muxtar respublika sakini 20 min manat dəyərində hədiyyə ilə mükafatlandırılıb. Tədbir eyni zamanda Naxçıvan şəhəri, Şərur, Sədərək və Kəngərli rayonlarında da keçirilib.
Cavid Səfərli