Ötən il Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2023-cü ildə dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 239 icarə müqaviləsi bağlanılıb ki, bunlardan 228-i qeyri-yaşayış, 11-i isə torpaq sahələri üzrə olub. Bu 2022-ci illə müqayisədə 73,2 faiz çoxdur.
Həmçinin Naxçıvanda sahibkarlara 74 lisenziya verilib
Biznes mühitinin daha da yaxşılaşdıran yollardan biri də sahibkarlara icazə və lisenziyaların vahid mərkəzdən verilməsidir.
Bu məqsədlə sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün lisenziyalar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə verilir. 2023-cü ildə 74 lisenziya verilib və dövlət büdcəsinə 76 min manatdan çox vəsait daxil olub.