Son günlər yağıntının bol olması sakinlərin ürəyincədir - VİDEO
Son günlər yağıntılı havalar müşahidə olunur. Əvvəllər qar yağanda özü ilə bir çox çətinliklər gətirirdi. Yollar buz bağlayır, gediş-gəliş çətinləşirdi. Bu gün isə artıq bu çətinliklər aradan qaldırılıb. Yağan qar dərhal təmizlənir, ucqar dağ kəndlərinə belə avtomobillərin hərəkəti təmin olunur. Günümüzdə qar yağanda ancaq insanlar ruzi-bərəkət düşünür. Son günlər Şahbuz rayonuna da davamlı qar yağır.
Görülən tədbirlər nəticəsində ucqar dağ kəndlərinə belə sakinlərin rahat gediş-gəlişi təmin olunur. Hazırda sakinlər və qonaqlar Şahbuzun ən ucqar bölgəsi olan Batabata belə rahat gedə bilirlər.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir: