Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan NUHÇIXAN-a bildiriblər ki, yanvar ayı ərzində Tərtər, Ağdərə, Ağdam, Xocalı, Kəlbəcər, Laçın, Xankəndi, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 123, tank əleyhinə 40 mina və 203 partlamamış hərbi sursat aşkarlanıb.
Bildirilib ki, 734,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.