AHİK sədri Səttar Möhbalıyev Darıdağ sanotoriyası və istirahət kompleksinə baxış keçirib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, fevralın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət Vəkili Səttar Möhbalıyev və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Darıdağ sanotoriyası və istirahət kompleksində olub, aparılan quruculuq işləri ilə tanış olublar.
Məlumat verilib ki, Sanotoriya həmkarların balansına alındığı vaxtdan bugünədək tikinti və quruculuq işləri uğurla aparılaraq başa çatdırılıb. İstilik və elektrik xətləri quraşdırılıb, tunel genişləndirilərək üzəri bağlanılıb. Hazırda kompleksdə daxili və fasad divarların üzlənməsi işləri həyata keçirilir.
Qeyd edək ki, sanotoriyaya gedən yollarda da yenidənqurma işləri aparılıb, yol yatağı genişləndirilib.