Növbəti zabit heyətinin təkmilləşdirilməsi kursu uğurla başa çatıb - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, növbəti zabit heyətinin təkmilləşdirilməsi kursu uğurla başa çatıb və kursu bitirən zabitlər yuxarı vəzifələrə təyin olunublar.

Buraxılış mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə zabit Mehman Gülməmmədov çıxış edərək bildirib ki, kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində müxtəlif  ixtisaslar üzrə dərslər keçirilib, trenajorlarda şəxsi heyətin sürücülük və atəş qabiliyyəti praktiki olaraq daha da artırılıb. Kursa cəlb edilmiş zabitlərin virtual təlim meydançasında mənimsədikləri vərdişlər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib.

Məzunlar adından Ziya Şıxəliyev söz verib ki, kursda qazandıqları taktiki bilikləri xidmət yerlərində uğurla tətbiq edəcək, ordumuzun peşəkarlığının daha da artırılması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Təbrik oxunduqdan sonra kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib. Kursda peşəkarlığı ilə fərqlənən bir neçə hərbi qulluqçu qiymətli hədiyyə ilə mükafatlandırılıb, baş leytenant Nurlan Hacıyevə növbəti kapitan rütbəsi təqdim edilib.

Kurs birincisi Rəşad Məmmədov xatirə lövhəsinə buraxılış emblemini vurub və zabitlərin növbəti yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı verilən əmr mərasim iştirakçılarına çatdırılıb.

Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda məzunlarla xatirə şəkili çəkdirilib.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: