Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov müşahidəçilərə çağırış edib.
NUHÇIXAN-ın məlumatına görə, o, bu gün keçirilən mətbuat konfransında deyib ki, səsvermə kabinələrinə əlində seçki bülleteni olan seçicidən başqa heç kim yaxınlaşa bilməz:
"Seçici səs verdikdən sonra əlindəki bülleteni şəffaf qutuya atmasını hər kəs görməlidir. Bununla bağlı müşahidəçilərdən diqqətli olmalarını xüsusilə xahiş edirəm".