Naxçıvanda seçkiyə hazırlıqla bağlı tədbirlər uğurla həyata keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən növbədənkənar prezident seçkiləri ərəfəsində seçicilərin hüquq düşüncəsinin yüksəldilməsi, eləcə də səsvermənin demokratik, sərbəst və şəffaf keçirilməsi məqsədi ilə müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə tədbirləri uğurla həyata keçirilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, seçkilərə hazırlıq dövründə Müvəkkil təsisatı muxtar respublikada seçki hüquqlarının təmini vəziyyətini daim diqqətdə saxlayıb, vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyəti öyrənib, vətəndaş və siyasi hüquqların daha səmərəli təmini və müdafiəsi sahəsində ardıcıl işlər görüb, eləcə də müvafiq dövlət qurumları ilə birgə silsilə maarifləndirmə tədbirləri təşkil edib.  

Müvəkkil tərəfindən Əlahiddə Ümumqoşun Ordunun, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan müəssisələrdə seçki hüququ ilə bağlı tədbirlər həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: