Naxçıvanda 104 yaşlı Şərəf nənənin evinə daşınan seçki qutusu aparılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu gün keçirilən Prezident seçkilərində Naxçıvan Muxtar Respublikasının ən yaşlı seçicilərindən olan, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan 1920-ci il təvəllüdlü 104 yaşlı Hüseynəliyeva Şərəf Muxtar qızı da öz namizədinə səs verib.
O, 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsinə səs vermək üçün ərizə ilə müraciət edib. Günorta saatlarından məntəqənin əməkdaşı Hüseynəliyevalar ailəsinin yaşadığı evə daşınan qutu gətirərək onun səsverməsinə şərait yaradıblar.