Şahbuz və Babək rayon gəncləri mükafatlandırılıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Babək və Şahbuz rayonlarının ictimai həyatında fərqlənən istedadlı yeniyetmə və gənclər mükafatlandırılıb.

Babək rayonunda keçirilən tədbirdə qeyd olunub ki, muxtar respublikada gənclərə ictimai həyatın bütün sahələrində təmsil olunmaları üçün əlverişli şərait yaradılır. Babək rayonundan olan gənclər də milli-mənəvi dəyərlərimizə  hörmət ruhunda tərbiyə olunur, yeni  ideayaların təşəbbüskarı və dövlət  idarəçiliyində aparıcı  qüvvə kimi  formalaşır, nailiyyətlər əldə edirlər. Sonra 2018-ci ilin nəticələrinə görə rayonun ictimai həyatında fərqlənən 10  gəncə qiymətli hədiyyələr və “Naxtel” 4G Mobil rabitə operatorunun nömrələri təqdim olunub.

Babək rayon Mədəniyyət Sarayının “Zabul” instrumental ansamblının ifasında musiqilər səsləndirilib.

Şahbuz rayonunda təşkil olunan tədbirdə çıxış edənlər də gəncləri təbrik edib. Bildirilib ki, 2018-ci ildə rayonda yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün aidiyyəti təşkilatlarla birlikdə gənclər sahəsi üzrə 62, kütləvi bədən tərbiyəsi  və idman sahəsi üzrə  56 tədbir keçirilib. Bu tədbirlərə 6200-dən çox uşaq və yeniyetmə cəlb olunub.

Qeyd olunub ki, tarixi əlamətdar günlərdə rayonun yeniyetmə və gəncləri muxtar respublikada keçirilən şeir, inşa yazı, rəsm, bilik və  bədən tərbiyəsi və idman sahəsi üzrə  keçirilən yarışlarda uğurla çıxış edərək mükafatlara layiq görülüblər.

Sonra rayonun ictimai həyatında və yaradıcılıq fəaliyyətində  fərqlənən gənclər mükafatlandırılıblar.

Şahbuz Rayon Mədəniyyət Sarayının “Batabat” instrumental ansamblı  və uşaq musiqi məktəbinin, həmçinin Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzi və uşaq bağçasının kollektivləri konsert proqramı ilə çıxış ediblər.

Cavid Səfərli

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: