Şahbuzda yaşıllıq zolağı salınır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  Şahbuz  şəhərində Təmizləyici Qurğular Sisteminin ətrafında  yeni yaşıllıq zolağı salıblar.

Təmizləyici qurğular  sisteminin  ətrafında  20 hektar sahədə toxumla,  5 hektar sahədə isə tinglə yaşıllıq sahəsinin salınması  nəzərdə tutulub. 10 hektar sahədə toxumla əkin artıq  aparılıb. Əraziyə rayonun iqliminə uyğun  badamça, itburnu, yemişan, iydə və alça toxumları əkilib. Yaz aylarında isə  5 hektar sahəyə meşə tinglərinin əkilməsi nəzərdə tutulub.                                         

Əkin işləri Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin qurğunun ətrafında yaşıllıq sahələrinin salınması barədə verilən tapşırığına uyğun olaraq həyata keçirilib.                            

                                             Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: