Naxçıvanda yanvarda vergi ödəyicilərinə xidmət mərkəzlərində 3 min şəxs qəbul edilib

A- A A+

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 3 149 şəxs qəbul edilib.

NUHÇIXAN  bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, xidmət strukturları vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 4 619 xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: