YÜZ İLİN NAXÇIVANI

A- A A+

Bir başqadır bu yurdun baharı da, qışı da, 

Torpağında gül açar gözlərimin yaşı da,

Bəxş etdiyi oğullar haqq edir alqışı da.

Damarımıza axıb hər damla şəhid qanı,

Əzəmətlə dayanıb yüz ilin Naxçıvanı!

 

Külək olsa görünər hər dalğası dənizin,

Bu müqəddəs məkanı tarixçi kimi gəzin,

Üstündə izləri var Şəmsəddin Eldənizin.

Keçmişini unutma, məkanı yaxşı tanı,

Əzəmətlə dayanıb yüz ilin Naxçıvanı!

 

Çətinliklə bərabər yaşanıb xoş çağımız,

Bu yer bizim eşqimiz, bu yer cənnət bağımız, 

Bu diyardan yüksəlib üçrəngli bayrağımız.

Birliyi, dəyanəti heyran edib dünyanı,

Əzəmətlə dayanıb yüz ilin Naxçıvanı!

 

Torpağı da, daşı da, qayası da fərqlidir,

Dostluqda, sədaqətdə mayası da fərqlidir,

Alimi də fərqlidir, ziyası da fərqlidir.

Belə qürurlandırıb anam Azərbaycanı,

Əzəmətlə dayanıb yüz ilin Naxçıvanı! 

 

Eyvaz Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: