Naxçıvanda 1 tona yaxın mənşəyi məlum olmayan ət aşkar edilib - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikasının Qaraçuq kəndində 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkarlanıb.

Bu barədə NUHÇIXAN-a Naxçıvanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Belə ki, Naxçıvan DİN-in Cinayət Axtarış İdarəsi keçirdiyi tədbirlər nəticəsində Qaraçuq kənd sakini, Hüseynov Rahib Həsən oğlunun evinin həyətinə baxış zamanı oradan 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkarlayıb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndərilib.

Faktla bağlı araşdırmalar aparılır.

Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: