Şəhid gizir Bağır Ələkbərovun xatirəsi yad edilib - FOTOLAR

A- A A+

Fevralın 10-da Naxçıvan şəhərində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn gizir Bağır Ələkbərovun xatirəsi yad olunub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, media nümayəndələri, Naxçıvan şəhərindən olan gənclər, ağsaqqallar və ziyalılar, hərbçilər, şəhidin döyüş yoldaşları iştirak ediblər.

Şəhidin məzarı başında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Anım mərasimində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri çıxış edərək bildirib ki, Vətən müharibəsində Azərbaycan xalqı, sözün həqiqi mənasında, birlik nümayiş etdirərək böyük Zəfərə nail oldu və bu Qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi idi.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Xatırladaq ki, Şəhid Ələkbərov Bağır Əsəd oğlu 10.02.1995 -ci ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində hərbçi ailəsində anadan olub. 2002 -ci ildə Naxçıvan şəhərindəki 705 nömrəli tam orta məktəbə daxil olur, 2013 cü ildə hərbi xidmətə yollanır və Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissənin Xüsusi Təyinatlı Qüvvələrində xidmətə başlayır.

27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ savaşına gizir kimi qoşulan Bağır Ələkbərov Hadrut, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə 15 kəndin azad olunması əməliyyatlarinda şəxsən iştirak edir, döyüşlərdə böyük şücaət göstərir. Tehran Mənsimovun idarə etdiyi qrupda Snayper Qrup Komandiri kimi fəaliyyət göstərir, dəfələrlə tərkibində olduğu qrupu  təhlükəli vəziyyətdən xilas edir. 15 Oktyabr 2020 ci ildə  Hadrutda gedən şiddətli döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Şəhid Bağır Ələkbərov ölümündən sonra 1 orden - 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və 5 medala – “Vətən uğrunda”, İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” layiq görülür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: