FHN Zəngəzur Milli Parkının ərazisində təlim keçirəcək

A- A A+

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 13-14 fevral 2024-cü il, saat 10:00 radələrində Şahbuz rayonu Zəngəzur Milli Parkının ərazisində “Qar uçqunlarının nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin aparılması, hərəkət marşrutlarında uçmuş, dağılmış yollardan keçidlərin açılması, idarəetmənin və qarşılıqlı əlaqənin təşkili” mövzusunda təlim keçiriləcək. Təlimə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı texnikaların və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: