Naxçıvanın “Ümid” körpüsü üzərində Azərbaycan-Türkiyə bayraqları dəyişdiriləcək - VİDEO - VİDEO
Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə üçün bayraq milli şərəf və qürur rəmzidir.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq may ayının 29-dan 31-dək Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təlimi”nə hazırlıq məqsədi ilə Azərbaycan-Türkiyə Dövlət Bayraqlarının dəyişmə mərasimi olacaq.
Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən bayraq təhvil verildikdən sonra bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüşə başlayıb. May ayının 13-də “Ümid” körpüsündə Azərbaycan-Türkiyə Dövlət Bayraqlarının dəyişmə mərasimi keçiriləcək.