Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin cinayət işi üzrə şahidlər dindirilib

A- A A+

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

NUHÇIXAN xəbər verir ki, məhkəməyə Tofiq Həsənov videokonfrans vasitəsilə qatılıb.

Məhkəmə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub.

İclasda şahidlər dindirilib.

Onlar işə düzəlmək üçün Penitensiar Xidmətə pul verdiklərini bildiriblər.

Məhkəmə 29 fevral 2024-cü il tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: