NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin su-kanalizasiya idarəsi içməli su təminatının yaxşılaşdırılması məqsədilə Əliabad qəsəbəsindən başlayaraq Duzdağ Fizioterapiya Mərkəzini, “N” hərbi hissəsini və Dövlət Yol Polisi İdarəsinin inzibati binasını əhatə edən 2 700 metrlik su boru xəttinin çəkilişinə başlayıb.
Məlumata görə, ötən ay magistral su xətlərində 15 qəza baş verib ki, həmin qəzalar da dərhal aradan qaldırılıb. Eyni zamanda daxil olan müraciətlər əsasında 11 ədəd nasaz sayğac yenisi ilə əvəz olunub.