Azərbaycanda keçən il ixtiraya aid 103, faydalı modelə aid 36 və sənaye nümunələrinə aid 12 patent qeydiyyata alınıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, ötən ildə müəllif hüquqları sahəsində 1339 əsər qeydiyyatdan keçirilib və bu əsərlərin 626-sı elektron qaydada qeydiyyata alınıb.