Naxçıvanda səxsiyyət və sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı vətəndaşların müraciətləri yerindəcə həll olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tərəfindən əhaliyə müvafiq xidmətlərin səyyar qaydada həyata keçirilməsini təmin etmək məqsədilə hər ay muxtar respublikanın müəyyən istiqamətlərini əhatə edən səyyar xidmət təşkil edilir.
Göstəriləcək xidmətin marşrut planı əvvəlcədən hazırlanaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəsmi instaqram və feysbuk hesablarında paylaşılır.
Daxili İşlər Nazirliyinin Səyyari Xidmətinin avtobusunda vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqəsinin dəyişdirilməsi üzrə xidmətlər göstərilir.
Göstərilən xidmətlərə görə rüsumları vətəndaşlar Kapital Bank hesabına və ya avtobusda xidmət aparan Kapital Bankın nümayəndəsinə ödəyə bilərlər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Səyyari Xidməti 12 fevral tarixindən Ordubad rayonu ərazisində vətəndaşlara xidmət göstərir. Son 3 gün ərzində 122 şəxsiyyət vəsiqəsi və 5 sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı vətəndaşların müraciətləri yerindəcə həll olunub, və vətəndaş məmnunluğu təmin edilib.