Növbəti qrup şəhid ailəsinin Ağbulaq İstirahət Mərkəzində istirahəti təmin edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi və "Naxçıvan şəhid ailələri" İctimai birliyinin təşkilatçılığı ilə 40 nəfər şəhid ailə üzvünün Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub.
15-16 Fevral tarixlərini əhatə edəcək 2 günlük proqram çərçivəsində şəhid ailə üzvləri Ağbulaq İstirahət və Xizək Mərkəzində yaradılan bütün şəraitlərdən faydalanacaqlar. İlkin mərhələdə şəhid ailələri səmərəli vaxt keçirib, şəhid övladları xizək sürüb, müxtəlif əyləncə attraksionlarından istifadə ediblər.
Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının maliyyə dəstəyi ilə şəhid ailələrinin 31 Yanvar - 1 fevral və 5-6 fevral tarixlərində Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunub. Ümumilikdə isə 140 nəfər şəhid ailəsi üzvü Şuranın bu dəstəyindən yararlanıb.