Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri növbəti vətəndaş qəbulu keçirib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, fevralın 16-da Azərbaycan Həmkarlar İttifaqları Komitəsinin sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev növbəti vətəndaş qəbulu keçirib.
Qəbul zamanı maddi yardım, müayinə-müalicə, iş və əmək münasibətləri habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qəbulda şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi diqqətlə yanaşılıb, həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, hər həftənin cümə günü AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev saat 10:00-dan 12:00-dək vətəndaşları qəbul edir.